21 mart 2020 14:26
1735

Ağsuda badam bağlarının sahəsi artırılır

Ağsuda son illər badam bağlarının sahəsi xeyli genişləndirilib.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son bir ildə 60,5 hektarda yeni bağlar salınıb. Belə ki, Növcü icra nümayəndəliyinin ərazisində 28 hektarda, Padarda 12,5 hektarda, Qaraqoyunluda isə 15 hektarda badam ağacı əkilib.

Qeyd edək ki, badam bağları rayonun bağçılıq təsərrüfatında yeni sahə hesab edilir. Belə ki, bölgədə ilk badam bağı 2016-cı ildə salınıb və ötən hər ildə onun ərazisi təzə bağlar hesabına artırılıb. Hazırda bu bağların sahəsi 105,5 hektara çatıb.