07 aprel 2020 11:21
953

Rauf Əliyev: Dövlət  siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur

“Cənab  Prezidentin  “Məhkum  edilmiş bir sıra  şəxslərin əfv  olunması haqqında” sərəncamı bir daha göstərdi ki, Azərbaycanda həyata  keçirilən  dövlət   siyasəti   daima  humanizm  prinsiplərinə  əsaslanır”.

“İki sahil” xəbər verir ki, bunu Milli  Məclisin deputatı Rauf Əliyev deyib. O, bildirib ki, yaşadığımız  bu çətin günlərdə Prezidentin 11-i qadın olmaqla ümumilikdə 176 nəfərə şamil edilən sərəncəmı çox  sayda ailələrə sevinc  bəxş etdi: “Bu günə kimi  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  və  Birinci  vitse-prezidenti  Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş aministiya aktları nəticəsində  40 mindən çox  azərbaycan  vətəndaşı  əfv  edilib.

Bu  sərəncam  və   koronavirus (COVİD-19) infeksiyasına  qarşı  aparılan  mübarizə  tədbirləri  bir  daha  göstərir ki, Azərbaycanda  həyata keçirilən  dövlət  siyasətinin mərkəzində  Azərbaycan vətəndaşı, onun sağlamlığı  və  sosial-rifah  halının  yüksəkdə olmsı durur.