Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonlarında artilleriya bölmələrinin döyüş atışlı məşqləri keçirilir.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hazırlıq məşqlərinin məqsədi artilleriya bölmələrinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və onların döyüş uzlaşmasının səviyyəsinin artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması, digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir.
Raket və artilleriya qoşunlarının müxtəlif bölmələri döyüş atışları icra edir.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO