"Yazsız il" və "Balaca Buz dövrü" kimi fəlakətlərə səbəb olan vulkan püskürmələri hər zaman dünyanın gündəmindədir. Bənzər bir təhlükənin hər zaman mövcud olduğunu ifadə edən mütəxəssislər dünyanın ən təhlükəli 10 vulkanını açıqlayıblar. “İki sahil” həmin vulkanları təqdim edir.
Yellowstone - ABŞ
2,1 milyon il əvvəl partladığı zaman külü demək olar ki, bütün dünyanı əhatə edən Yellowstone 20-ci əsrin ən böyük partlayışlarından biridir. Helena vulkanından 25 min dəfə çox güclü bir püskürmə sahəsini əhatə edirdi. Yellowstone bu gün partlasa təxminən 100 min insanın ölümünə səbəb olduğu düşünülür.
Vezuvi - İtaliya
İtaliyanın ən böyük şəhərlərindən biri olan Neapolun düz şərqində yerləşən Vezuvi vulkanı 20 illik bir dövrdə aktivləşir. Dünyanın ən təhlükəli vulkanlarından biri olan Vezivi yaxınlığında Neapolda və digər yaşayış məntəqələrində 3 milyondan çox insan yaşayır. Eramızın 79-cu ildə baş vermiş və Pompey şəhərinin dağıdılmasına səbəb olan oxşar partlayış baş verərsə yüz minlərlə insanın öləcəyi proqnozlaşdırılır.
Popokatepetl - Meksika
Meksikanın paytaxtı Meksikaya çox yaxın olan və buzla örtülmüş Popocatepetl partlayış vəziyyətində böyük fəlakətlərə səbəb ola bilər. Popokatepetl fəaliyyətdə olan vulkan, İstaksiuatl sönmüş vulkanın yanındadır. Bu iki dağın adları - Popokatepetl və İstaksiuatl xalq arasında yayılmış əfsanənin qəhrəmanların adlarıdır.
Sakurajima - Yaponiya
Şərqin Vezuvisi olaraq bilinən Sakurajima 1914-cü ildəki partlayışdan sonra bir ada olmaq xüsusiyyətini itirdi və yaxınlıqdakı materiklə birləşdi. 700 min insanın yaşadığı Kagoshima şəhərinə çox yaxın olan Sakurajima yenidən fəaliyyətə başlasa, böyük təhlükələrə səbəb ola bilər.
Etna - İtaliya
Etna Avropanın ən aktiv vulkanlarından biridir. Aralıq dənizinin ən böyük adası olan Siciliyada yerləşən Etna tez-tez aktivləşir. Messina və Kataniyanın yaxınlığında və Siciliyanın şərq sahilində stratovulkanıdır və hündürlüyü 3350 metrdir.
Qaleras - Kolumbiya
Kolumbiyanın cənubundakı Ekvator sərhədində yerləşən Qaleras vulkanı 450 min insanın yaşadığı Pasto şəhərinin yanında yerləşir. XVI əsrdə böyük bir partlayışın baş verdiyi vulkanın hər an aktiv fəaliyyətə düşməsi ehtimalı var. Ən son olaraq 2008-ci ildə püskürən Qaleras vulkanı olan dağın hündürlüyü 4276 metrdir.
Stromboli - İtaliya
İtaliyaya məxsus, Siciliyanın şimal şərqində yerləşmiş kiçik eyniadlı adada, sönməmiş, Avropanın ən təhlükəli vulkanıdır. Stromboli gümbəzli vulkanı daim aktiv olub, öz xırda püskürmələri ilə məşhurdur. Onu adanın bütün nöqtələrindən seyr etmək mümkündür. Sonuncu böyük püskürmə 13 aprel 2009-cu ildə baş verib. Vulkan dəniz səviyyəsindən 926 metr hündürlüyə malikdr. 3 aktiv kraterə malikdir. Bəzən püskürmə ağ bulud şəklində müşahidə olunur. Gecə vaxtı lava ışartısını uzaq məsafədən də seyr etmək mümkün olduğuna görə Stramboli vulkanını "Aralıq dənizi mayakı" adlandırırlar.
Mauna Kea - Havay
Havay adalarınını ən aktiv vulkanlarından olan Mauna Kea bölgə xalqı üçün də böyük təhlükə yaradır. Vulkanın son püskürməsi qonşu vulkanlara nisbətən daha qüvvətli olmuşdur. Son püskürməsi təxminən 4500 il əvvəl baş vermişdir. İndi isə vulkan qeyri-aktivdir. Havay dilində Mauna-Kea "Ağ dağ" deməkdir.
Ulavun - Yeni Qvineya
Papua-Yeni Qvinaya (PYQ) Qərbi New Britaniya əyalətindəki Ulavun vulkanı ölkənin ən yüksək və ən dik vulkan vulkanlığıdır.
Taal - Filippin
Taal vulkanı dünyanın ən kiçik aktiv vulkanlarından biri hesab olunur. Ən qədim püskürmə tarixi 100-500 min əvvələ hesab olunub. Keçmiş vulkan konusu parçalanmış və yerində böyük krater formalaşmışdır. Kraterdə tədricən su ilə dolaraq Taal gölü yaranıb. Növbəti püskürmələr nəticəsində gölün ortasında sahəsi 23 km² olan ada - yeni vulkan krateri yaranıb. 1572-ci ildə vulkan dəfələrlə püskürmüş və nəticədə yeni kraterdə növbəti göl formalaşmışdır.
Orxan Vahidoğlu, “İki sahil”