Dünyada koronavirusa yoluxanların sayı 4 516 360 nəfərə çatıb.
Trend-in məlumatına görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.
Ölüm hallarının ən çox sayı - təxminən 86,9 mini ABŞ-da, 34 mini - Böyük Britaniyada, 31,6 mini - İtaliyada və 27,5 mini Fransada qeydə alınıb. Bu günə qədər koronavirusla əlaqəli xəstəliklərdən ölənlərin sayı 306 051 nəfərə yüksəlib.
İsrail İordan çayının qərbində 11 yeni yaşayış məntəqəsi yaradıldığını bildirib
Fransa Putin və Makron arasında danışıqların aparılması imkanını nəzərdən keçirəcək