Keçmiş həyat yoldaşının qətlində şübhəli bilinən Lesotonun Baş Naziri Tomas Tabane istefa verdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Afrikanın cənubunda yerləşən Lesoto Krallığının parlamenti mayın 22-də hökumətin yeni başçısını seçmək üçün fövqəladə iclas keçirəcək.
Lesoto konstitusiyalı monarxiyadır və bu ölkənin Kralı parlamentdə çoxluq təşkil edən partiyanın namizədini Baş Nazir təyin edir. Tomas Tabane 2017-ci ildən hökumətə rəhbərlik edib və hazırda əleyhinə qaldırılan cinayət işi səbəbindən istefa verməyə məcbur olub.
İsrail İordan çayının qərbində 11 yeni yaşayış məntəqəsi yaradıldığını bildirib
Fransa Putin və Makron arasında danışıqların aparılması imkanını nəzərdən keçirəcək