Piylənmənin ürək xəstəliklərinin, xərçəng və 2-ci tip diabet də daxil olmaqla bir sıra xəstəliklərin riskini artırdığı hamıya məlumdur. Erkən tədqiqatlar piylənmənin insanlarda COVID-19-a yoluxmasını artıra biləcəyini göstərir. Bəs, bu niyə belədir?
Piylənmənin virusa yoluxma riskini artırdığını sübut edən dəlil varmı?
Mütəxəssislər üzərində işlədikləri bir çox araşdırmalarda bu suala cavab tapmağa çalışıblar.
İngiltərədəki COVID-19 xəstəsi olan təxminən 17 min nəfərdə aparılan bir araşdırmada bəlli olub ki, bədən kütləsi indeksi 30-dan çox olanların ol-mayanlara nisbətən 33 faiz daha çox ölüm riski var.
NHS elektron sağlamlıq qeydlərinin ayrıca bir araşdırması artıq çəkili şəxslərin COVID-19-dan ölmə riskinin digərlərinə nisbətən iki dəfə artıq olduğunu göstərib. Tədqiqatçılar ürək xəstəliyi və 2-ci tip diabet kimi piylənmə ilə əlaqəli digər sağlamlıq şərtlərinin də nəzərə alındığını bildiriblər. Böyük Britaniyanın reanimasiya şöbələrindəki ağır xəstələrin 34,5 faiz-inin artıq çəkili, 31,5 faizinin piylənməyə meyilli olduğu və 7 faizinin isə hədsiz dərəcədə artıq çəkili olduğu bəlli olub. Bu isə sağlam bədən kütləsi indeksi olanlara (26 faiz) nisbətdə 73 faiz təşkil edib.
Bu rəqəmlər Britaniyanın 64 faiz artıq çəkili və piylənməyə meyilli əhalisinin (35 faizi 25-29 və 29 faizinin isə 30 və ya daha çox bədən kütləsi indeksi) strukturuna bənzəyir. Bədən kütləsi indeksi şəxsin kiloqramla çəkisinin kvadratmetrlə hündürlüyə bölünməsi ilə hesablanır.
Qlobal piylənmənin yüksək nisbətlərini nəzərə alaraq Dünya Piylənmə Federasiyası koronavirus xəstəliyinə yoluxanların böyük əksəriyyətinin “25-dən yuxarı bir bədən kütləsi indeksinə sahib şəxslər” olduğunu bildirib. ABŞ, İtaliya və Çində aparılmış ilkin araşdırmalar da bunun əhəmiyyətli bir risk faktoru olduğunu göstərir.
Yaşlanmaq və sağlamlıq problemlərinin gözardı etmək hamısı COVID-19 virusuna daha ağır yoluxmaya səbəb ola bilər.
Artıq çəki nə üçün risklidir?
Nə qədər artıq çəkiniz olsa, bir o qədər yağ gəzdirirsiniz, nə qədər az “fit formadasınızsa”, ağciyər tutumunuz bir o qədər azalır. Bu o deməkdir ki, qana və bədənin ətrafına oksigen daxil olması daha böyük mübarizə tələb edəcək. Bu da ürəyə və qan dövranına təsir edir.
“İnsanlar daha çox artıq çəkili olduqları üçün daha çox oksigenə tələbat yaranır. Yəni, bu, onların sisteminə daha çox təzyiq olduğunu göstərir”, -Qlazqo Universitetindən professor Naveed Sattar belə deyib.
Koronavirus kimi infeksiya zamanı bu, ağır ola bilər. Nəticədə obez bədən əsas orqanlara oksigen çatışmazlığı yaradır. Reanimasiyada olan insanların nəfəs almağa və böyrək funksiyası ilə dəstəklənməyə daha çox ehtiyacının olmasının səbəbi artıq çəki və piylənmədir.
Yağ hüceyrələri hansı rolu oynayır?
Elm adamları hüceyrələrdə mövcud olan ACE2 adlı bir fermentin virusun bədənə girməsi üçün əsas yol olduğunu tapıblar. Bu molekulun piylənmiş insanlarda daha çox olan dəri altındakı və ya orqanlarının ətrafındakı yağlı toxumada olur. Bu, həmin şəxslərin xəstəliyə tutulma riskinin daha yüksək olması və onunla xəstələnmə riskinin artmasının səbəbi ola bilər.
Röya Rasimqızı, “İki sahil”