01 iyun 2020 13:21
696

Deputat: Qaydalar hazırlanarkən sədələşmiş məsələlərə diqqət yetirilsin

“Naxçıvana uçuşlar bərpa edildikdən sonra şübhəsiz ki, qaydalar da müəyyənləşdiriləcək”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı İsa Həbibbəyli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O, beynəlxalq uçuşlarla bağlı qoyulan tələblərin yerli reyslər zamanı nisbətən sadələşmiş şəkildə olmasını təklif edib:

“Çünki keçən ayların təcrübəsi göstərdi ki, viruslar bizə daha çox xaricdən idxal olunub. Qaydalar hazırlanarkən sədələşmiş məsələlərə diqqət yetirilsin”.