02 iyun 2020 11:24
4375

“Qələbə” Parkı  yenidən qurularaq əhalinin istifadəsinə verilib - FOTO

Prezident İlham Əliyevin tapşırığı ilə ölkə ərazisində, eləcə də Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün müasir standartlara uyğun istirahət guşələrinin yaradılması istiqamətində tapşırıqlarının icrasına əsasən son illər respublikamızın digər bölgələri ilə yanaşı Xəzər rayonunda da ardıcıl tədbirlərin davamı olaraq Mərdəkan qəsəbəsindəki Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə salınmış “Qələbə” Parkı əsaslı yenidənqurmadan sonra əhalinin istifadəsinə verilib.

“İki sahil”ə daxil olan məlumata görə, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ümumi ərazisi 4800 kv metr olan xatirə parkında görülən işlər çərçivəsində park tamamilə yenidən qurularaq 1941-1945 Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış mövcud abidə kompleksi əsaslı şəkildə yenidən təmir olunub, parkın gecə işıqlandırılması sistemi yenidən qurulub, söhbətgahlar və sakinlərin istirahəti üçün müasir oturacaqlar quraşdırılıb, mövcud bardürlər və səkilərdəki döşəməlik daşlar sökülərək yenisi ilə əvəzlənib, yeni suvarma sistemləri quraşdırılıb, və əraziyə 670 m3 münbit torpaq tökülərək, yeni ağac və gül kolları əkilib.

Bundan əlavə, park və abidə kompleksi ilə yanaşı, onun yerləşdiyi ətraf ərazilərdə də abadlıq işləri görülüb.