04 iyun 2020 13:37
888

Baş Nazirin saat 14:00-da televiziya vasitəsilə müraciəti olacaq

Bu gün Baş Nazir Əli Əsədov dövlət televiziyasında çıxış edəcək. “İki sahil” "Report"a istinadən xəbər verir ki, çıxış Azərbaycan Televiziyası (AzTV) vasitəsilə saat 14:00-da yayımlanacaq. Qeyd edək ki, iyunun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqdə koronavirus infeksiyasına yoluxmanın artması ilə əlaqədar Azərbaycanda yenidən məhdudlaşdırmanın tətbiqinə başlanılacağı bildirilib. Qeyd olunub ki, Baş Nazirin çıxışında məhdudlaşdırmanın detalları ətraflı şəkildə elan ediləcək.