“Bir il sonra tamamilə əvvəlki həyat tərzimizə qayıdacağıq". “İki sahil” xəbər verir ki, APA-nın məlumatına görə, bunu Moskva meri Sergey Sobyanin TASS-a müsahibəsində bildirib. Pandemiyadan sonra Moskvada həyat necə olacağı, ən azı bu ilin sonuna kimi insanların qoruyucu maska və əlcəkdə gəzməyə məcbur qalacağı ilə bağlı suallara aydınlıq gətirən paytaxt meri əhalinin indiyə kimi yüksək məsuliyyət nümayiş etdirdiyini söyləyib: “Dünya şəhərlərinin aktivlik səviyyəsinin azalması indeksi var. Moskva ən intizamlı şəhərlərin ilk üçlüyündə yer alır. Moskvalılar çox yüksək məsuliyyət səviyyəsi göstərdilər. Bu, həqiqətən də bizi fəlakətdən xilas elədi. İnsan pisi çox tez unudur. Fikrimcə, bir il sonra tamamilə əvvəlki həyat tərzinə qayıdacağıq. Ancaq hər şey kütləvi peyvəndin yaranmasından asılı olacaq. Bir sıra qiymətləndirmələrə görə, bu, oktyabrdan gələn ilin fevralına kimi çəkəcək. İnanmaq istərdik ki, oktyabrda biz ilk böyük peyvənd partiyasını alacağıq".
SEPAH: Hörmüz boğazında neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verib
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdıran yeni qaydalar təklif edəcək
Tramp: Uğursuzluğa uğrayan İran tez və çarəsiz şəkildə razılaşma bağlamaq istəyir