Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunda “Ən yaxşı motoatıcı bölük” adı uğrunda yarış keçirilir.
“İki sahil” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yarışda döyüş maşını üzərində motoatıcı bölmələrin hazırlığı yoxlanılır, heyətlərin bilik və bacarıqları artırılır, döyüş vərdişləri təkmilləşdirilir.
Hərbi qulluqçular sürücülük, atış, fiziki hazırlıq və digər məşğələlər üzrə məqbulları müvəffəqiyyətlə yerinə yetirir, eləcə də verilən tapşırıqları dəqiq, vaxtında və düzgün icra edirlər.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO