Sərhədlər bağlı olduğu üçün Azərbaycanda qalmış İsrail vətəndaşlarının bəziləri ölkələrinə yola salınıb. “İki sahil” Oxu.Az-a istinadla xəbər verir ki, vətəninə qayıdanlar arasında “Sumqayıt” klubunun israilli futbolçusu Əmir Ağayev də var. Bu barədə saytımıza “Sumqayıt”ın prezidenti Riad Rəfiyev məlumat verib. Ə.Ağayev və digər İsrail vətəndaşları bu gün təşkil olunan xüsusi reysli təyyarə ilə yola salınıb. Qeyd edək ki, aviareys İsrail hökuməti tərəfindən təşkil olunub.
Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi beş istiqamətdə fəaliyyət göstərəcək