27 sentyabr 2026 18:14
98

Türkiyə MMN şəhidlərimizi ehtiramla anıb

Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycanın suverenliyi uğrunda şəhid olanların xatirəsini anıb.

“İki sahil” xəbər verir ki,  bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qəhrəman Azərbaycan ordusunun Qarabağdakı işğal edilmiş torpaqlarını azad etmək üçün başlatdığı və zəfərlə nəticələnən şanlı mübarizənin ildönümündə qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlam və xoşbəxt həyat diləyirik", - paylaşımda bildirilib.