Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov koronavirusa yoluxub. “İki sahil” xəbər verir ki, bu barədə Oxu.Az-a S.Məmmədovun özü məlumat verib: “İyunun 22-də özümdə simptomları hiss etdim. Həmin gün də test verdim və pozitiv çıxdı. Hazırda evdəyəm. Bu gün Ağdaşdakı xəstəxanaya yerləşdiriləcəyəm”. 60 yaşlı müdir ailə üzvlərinin test verdiyini və onlarda testin nəticəsinin pozitiv çıxmadığını da bildirib.
TƏBİB-də əczaçılıq şirkətləri və aptek təşkilatları ilə dərman təminatı müzakirə olunub
Eldar Əzizov: Görülən yüksək səviyyəli işlərin nəticəsində Bakı "Dünya İdman Paytaxtı" elan olunub