İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) təqdim etdiyi yeni hərbi texnikalar arasında “Me’raj-1” dronu (UAV) da var.
“Report” “Tasnim”ə istinadən xəbər verir ki, 35 kiloluq kəşfiyyat uçuş vasitəsi 12 minədək fut hündürlükdə 140 km/saatadək sürətlə 10,5 saatadək müddət ərzində hərəkət edərək 5 kiloyadək yükü 1 000 kilometrədək məsafəyə daşıya, məlumatı 150 km məsafəyə ötürə bilir.
SEPAH-ın komandanı, general Hüseyn Səlaminin iştirak etdiyi mərasimdə həmçinin “BTR-50” heyət daşıyıcı vasitəsi, “So’ban-1” pulemyotu (Rusiya istehsalı RPD silahının təkmilləşdirilmiş variantı), özüyeriyən radar sistemi də var. Bütün bunlar İRGC Quru Qüvvələri Tədqiqat və Özünü Təminat Cihad Təşkilatı tərəfindən istehsal edilir.
Husilər aviaşirkətləri Səudiyyə Ərəbistanının hava məkanından yayınmağa çağırıblar
Meloni deepfeyklərlə mübarizə üçün səsini ticarət nişanı kimi qeydiyyatdan keçirir
Almaniya Hərbi Dəniz Qüvvələri Şimal dənizi sahilində ikinci baza yaratamaq istəyir