30 iyun 2020 14:42
3732

Zavoddan çıxdığı kimidir - 70 min lirəyə aldı - FOTO

Türkiyənin Kırıkkale bölgəsində bir avtomobil həvəskarı orijinallığını və hətta oturacaqlarındakı polietilen örtüyü olduğu kimi qalan 1997-ci il model avtomobili 70 min lirəyə alıb.

“İki sahil” xəbər verir ki, Kırıkkaledə yaşayan Fatih Yunus Güzel 1997-ci il model “Tofaş” modelinin “Doğan SLX” markalı avtomobilini təxminən bir ay əvvəl Aydın rayonunun Çine qəsəbəsindən 70 min lirəyə alıb.

Yürüşünün artmaması üçün evakuatorla gətirdiyi avtomobili iş yerində sərgiləyən F.Y.Güzelin 8 min 500 kilometrlik məsafə gedən avtomobili orijinallığı və təmizliyi ilə görənləri təəccübləndirir.

Zavoddan çıxdığı kimi olan maşın saat kimi işləyir. Hər gün daxili və xarici təmizlənən nəqliyyat vasitəsinin dəyişdirilən hissələri yoxdur.

Yerli istehsal olan maşınları almağa üstünlük verdiyini deyən Fatih Yunus Güzel internetdə araşdırma apararaq 1997-ci il model avtomobili ilk sahibindən 70 min liraya aldığını söyləyib.

Avtomobilin 8,500 kilometr məsafə qət etdiyini bildirən Güzel qeyd edib ki, bu, bizim son aldığımız nəqliyyat vasitəsidir: “Yürüşü 8,500 km.-dir və orijinaldır. Zavoddan çıxdıqda çəkilən boyadır. İçərisi də və xarici də zavod istehsalıdır. Bu vasitəni Arif əmidən aldıq. Özü də bu avtomobili çox qoruyurdu və çox yaxşı baxırdı. İlk sahibi idi. Bu andan sonra avtomobili onun qoruduğu qədər qorumağa çalışacağıq. Aldığımız gündən bəri müştərilərivar. Lakin qazanc əldə etmək üçün almamışıq, sevdiyimiz üçün almışıq."