30 iyun 2020 17:23
1197

A Seriyasına vəsiqə qazanan ilk klub bəlli oldu

Futbbol üzrə İtaliya B Seriyasında sona yeddi tur qalmış birinciliyi təmin edən 
“Benevento” eyni zamanda növbəti mövsümdən A Seriyasında mübarizə aparmaq hüququ qazanıb.
“İki sahil” “Rekord.az” a istinadən xəbər verir ki, Filippo İnzaqinin çalışdırdığı sözügedən komanda 31-ci tur çərçivəsində “Yuve Stabio” ilə ev oyunundan 1:0 hesablı qələbə ilə ayrılıb.
31 oyuna 76 xal toplayan “Benevento” artıq bütün rəqibləri üçün əlçatmaza çevrilib. Sözügedən komandanın əsas izləyicisi “Krotone”nin 52 xalı var.
“Benevento” tarixində ikinci dəfə A Seriyasında oynamaq hüququ əldə edir. Bu klub ilk dəfə 2017/18 mövsümündə elitada mübarizə aparıb, amma sonuncu yeri tutaraq yenidən B Seriyasına yuvarlanıb.