03 iyul 2020 13:51
2113

Hikmət Şikarov Şamaxıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov yeni təyinatı münasibətilə Şamaxı şəhərinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyub.

Ulu öndər Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır. Ulu Öndərin hakimiyyətdə olduğu 35 ildə Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməyib.

Dahi şəxsiyyət, ulu öndər, böyük rəhbər, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqın sevimli, unudulmaz övladı... Bu ifadələrin hamısı yalnız Ulu Öndərə aiddir, yalnız onun ünvanınadır. Çünki Ümimmilli Liderimiz Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıtdı, Azərbaycanı qorumaq üçün yaşadı, Azərbaycanı yaşatmaq üçün qurub yaratdı. Ulu öndər Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının Ümummilli Lideri zirvəsinə yüksəltdi.

Hikmət Şikarov daha sonra Şəhidlər Xiyabanını ziyarət edib və şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edib. 

Orxan Vahidoğlu, “İki sahil”