06 iyul 2020 12:52
952

Serbiya və Yunanıstan arasında sərhədlər bağlanıb

Koronavirus təhlükəsinə görə Serbiya və Yunanıstan arasında sərhədlər bu gündən bağlanıb.

Aprel ayından bəri yoluxma sayının sürətlə artması səbəbindən iyulun 4-də Belqradda fövqəladə vəziyyət elan edilib.

Serbiyanın Xarici İşlər naziri İvitsa Daçiç deyib ki, ölkə vətəndaşları xüsusi hallar istisna olunmaqla Yunanıstana səfərlərini təxirə salmalıdırlar.

Serbiyada koronavirusa 16 min 131 yoluxma faktı qeydə alınıb. Onlardan 311-i vəfat edib.