09 iyul 2020 10:27
854

TANAP-la bu il 1.9 milyard kubmetr qaz nəql edilib

Bu ilin yanvar-iyun aylarında Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə 1,9 milyard kubmetr qaz nəql edilib.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb. "İki sahil" xəbər verir ki, məlumata görə, 2018-ci ilin iyun ayının 30-dan 2020- ci ilin iyul ayının 1-dək TANAP-la Türkiyəyə 5,8 milyard kubmetrdən çox qaz çatdırılıb.

Qeyd edək ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə hazırda Azərbaycan qazı Türkiyəyə nəql edilir. Bu il Trans-Adriatik qaz kəmərinin (TAP) işə düşdükdən sonra TANAP-la qaz Avropaya nəql edilmək üçün Türkiyə ilə Yunanıstanın sərhədinədək nəql edilməyə başlayacaq.