Ölkə ərazisində müşahidə olunan faktiki hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildiriblər ki, iyulun 11-i saat 18:00-a olan məlumata əsasən, Daşkəsən, Göygöl, Ceyrançöl, Tovuz, Qəbələ, Zaqatala, Qusar, Cəfərxan, Sarıbaş, Xınalıq, Şahdağda yağış yağıb. Yağıntı Şəmkir, Balakən, Şəki, Şamaxı, Quba, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Qazıməmməd, Biləsuvar, Kişçay (Şəki), Lənkəran rayonlarında leysan xarakterli olub, şimşək çaxıb.