13 iyul 2020 10:57
950

Koronavirusa yoluxanların sayı Filippində də artır

İyulun 13-nə olan məlumata görə, Filippində koronavirusa yoluxanların sayı 56 min 259 nəfərə çatıb.

AZƏRTAC Filippin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutka ərzində ölkədə 2124 nəfər COVID-19-a yoluxub, 162 nəfər həyatını itirib. Pandemiyadan ölənlərin ümumi sayı 1534-dür.

Eyni zamanda, məlumatda ötən dövrdə 16 min 46 nəfərin sağaldığı da qeyd edilir.