14 iyul 2020 15:56
2942

Sən köləsən, sən oğrusan, sən qorxaqsan, çünki sən ermənisən

Başlığa çıxardığım bu fikirlər böyük rus şairi A.S. Puşkinə məxsusdur. Nə qədər nifrət və həqiqət yükü var bu sözlərdə. Ümumiyyətlə, dünyada yaşamış filosofların, dahilərin, mütəfəkkirlərin ermənilər haqqında dediyi fikirlər həmişə yazı masamın üstündə olur, bu fikirləri tez tez oxuyur, dünya şöhrətli insanların öz düşüncələrində nə qədər haqlı olduqlarını bir daha təsdiq edirəm.

Budur, erməni riyakarlığının yeni mənzərəsi: İyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi. Bu, ölkəmizə qarşı böyük təcavüz, güc tətbiq etmək aktı və növbəti təxribatdır.

Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Düzü, yayılmış videolara baxanda Ordumuzun adekvat cavabı məni xeyli toxtatdı, çox ürəyimcə oldu.

Heç şübhəsiz Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.

Gün kimi aydındır ki, ermənilər hakimiyyətə olan etimadlarını tamamilə itiriblər. Ermənistanın papulist baş naziri hər çıxışından sonra cənab Prezidentimiz tərəfindən faktlarla susdurulur. Çaşqın vəziyyətdə qalan Paşinyanın gözlərini döyməkdən, daha gülünc fikirlər irəli sürməkdən başqa əlacı qalmır.

Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura qurmuşdur. Demək olar ki, bütün siyasi rəqiblərini müxtəlif yollarla sıradan çıxarmışdır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində olan problemlər, insan hüquqlarının pozulması, azad sözə qarşı dözümsüzlük göstərməsi bu «kişiciyəzi» çox mürəkkəb duruma salmışdır.

Heç şübhəsiz, Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb.

Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur.

Artıq hamı görür ki, Paşinyanın xalqa vəd etdiyi «Çiçəklənmə» reallaşmır. Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.

Azərbaycan Respublikası Prezideni cənab İlham Əliyevin dünyanın 130-dan çox ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə Ermənistan olmuşdur. Bu bir daha həm mənəvi cılızlığı, həm də Ermənistanda Azərbaycanafobiyanın hansı həddə çatdığını göstərir.

N.Paşinyan xarici siyasətdə də uğursuzluğa düçar olmuşdur. Bütün dünya ictimaiyyəti martda Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində təşkil etdiyi “seçki” şousunu qəbul etməyərək Azərbaycanın ərazi bütövlünə dəstəyini təsdiq etdi.

Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır.

Bu gün Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir.  Cənab Prezidentin Təhlükəsizlik Şurasının videokonfransında dediyi kimi Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir. Artıq hər kəsə bəllidir ki, Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməlidir.

Yazıma dahi rus şairinin ermənilər haqqında dediyi fikirlə başlamışdım. Sonluğunu da məşhur ingilis səyyahı Vilsonun sözləriylə qurtarmaq istəyirəm: «Ermənilər acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və yalnız bunları özlərindən başqalarına edirlər».

Əminə YUSİFQIZI,

Yevlaxda çıxan «Kür» qəzetinin baş redaktoru,
Respublikanın əməkdar jurnalisti