15 iyul 2020 15:09
896

Azər Badamov: Belə ünsürləri nə torpaq, nə Vətən, nə də şəhid düşündürür

“İyulun 14-də küçələrə axışan xalq Orduya dəstək, torpaqlarımızı işğaldan azad olunmasına səfərbər olmağa hazır olduqlarını ifadə etməklə dövlət xalq-birliyini nümayiş etdirdilər”.

Bu fikirləri “İki sahil” qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Ordumuz düşmənlə üz-üzə dayanıb qəhrəmancasına vuruşur. Nəinki sərhəddə, hətta düşmənin dərinliklərdə yerləşən dayaq nöqtələrini ordumuzun peşəkar fəaliyyətilə məhv edilir. Düşmənə kifayət qədər ağır zərbələr endirilir. Ordumuzun generalı da, zabiti də əsgərlə ön cəbhədədir. Şəhidlərimizi xalqımız böyük coşqu ilə son mənzilinə yola salınır, xalqımız isə Ordumuza öz dəstəyini ifadə edir:

“Amma çox təəssüf ki, düşmənə xidmət edən 5-ci  kolonun bir qrup nümayəndəsi yürüşün istiqamətini dəyişməklə Milli Məclisin binasına daxil olmaqla təxribat törətməyə cəhd etməyə çalışdılar. “Allahu əkbər” ifadələri işlətməklə polis əməkdaşlarına zor tətbiq edərək, parlament binasının qapısını sındıraraq insanları yanlış yola apardılar. Milli Məclisin inzibati binasına kifayət qədər maddi ziyan vurmaqla  haray həşir qopardaraq içəri daxil olan insanların niyyəti əslində məlum idi. Belə ünsürləri nə torpaq, nə Vətən, nə də şəhid düşündürür. Onların öz məqsədləri var. Onların məqsədi ölkəni daxildən zəiflətmək və parçalamaqla düşmən dəyirmanına su tökməkdir. Onu da qeyd edim ki, bu gün 90-cı illərin əvvəli deyil. Bu gün həm xalqın dünya görüşü artıb, həm xalq və dövlətə xəyanət edənləri müəyyənləşdirmək üçün texniki imkanlar genişdir. Bu geridəqalmışlar bilmirlər ki, dövlət əmlakına yetirilən ziyan xalqa yetirilən ziyandır. Artıq araşdırma istintaq işlərinə başlanılıb. Hesab edirəm ki, cinayətkar ünsürlər və onlara tapşırıq verənlər tez bir zamanda müəyyənləşəcək və qanunun ən ağır cəzası ilə cəzalandırılacaqlar”.

Deputat qeyd edib ki, düşmənin üzərində qələbəyə nail olmaq üçün hər kəs səbirli olmalıdır. Eyni zamanda, təxribatlara imkan verilməməli, Orduya öz haqq işinin görməsinə mənəvi dəstək göstərilməli, dövlətin yanında olmalı və Ali Baş komandanın əmrini gözləməlidir.

                                                                                                                                                                                         Ceyhun Piriyev, “İki sahil”