28 aprel 2024 10:00
379

Azərbaycanın istəyi, Almaniyanın dəstəyi... ŞƏRH

Almaniya Avropa İttifaqına (AI) daxil olan ölkələr arasında iqtisadi cəhətdən inkişaf etmiş ən qabaqcıl dövlətlərdəndir. Həmçinin Almaniya Aİ-nin iqtisadi siyasətini müəyyənləşdirir. Bu mənada demək olar ki, Almaniya Avropanın aparıcı dövlətlərindən biridir. Bu ölkə ilə Azərbaycan araında siyasi, iqtisadi əlaqələrin günün tələblərinə cavab verməsi təqirəlayiqdir. Son illər Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da birgə mətbuat konfransına bildirdiyi kimi, Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. 

Yeri gəlmişkən qeyd edək ki,  ötən ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında keçirilmiş görüş çərçivəsində aparılmış müzakirələr sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə ciddi təkan vermişdir. Bu isə Almaniyanın iki ölkə arasında sülh müqaviləsinin imzalanmasında  maraqlı olduğunu bir daha nümayiş etdirirdi. Elə aprelin 26-da Berlində keçirilən görüşlər də bunu növbəti dəfə sübut etdi. Hətta Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts İlham Əliyevlə birgə keçirdiyi konfransında bildirdi ki, mən hər iki tərəfi həvəsləndirmək istərdim ki, lazımi kompromislər üçün istək və cəsarət göstərəsiniz: “Mən düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır”. Dövlətimizin başçısı bildirimişdir ki, Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar və dialoq vasitəsilə sərhədlərin delimitasiyası, hətta demarkasiyası sahəsində əldə olunmuş uğurları müsbət addımlardır, regionda sabitliyin artıq təmin olunduğundan xəbər verməklə yanaşı, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər vardır: “Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq. Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə də müsbət addımlar atılacaq. Biz Almaniyanın bu sahədəki dəstəyini xüsusilə qiymətləndiririk və buna görə Sizə minnətdarıq”. Bu isə o deməkdir ki, Almaniya Cənubi  Qafqazda baş verən proseslərə beynəlxalq prizmadan yanaşır. Bütun bunlar belə deməyə əsas verir ki, son vaxtlar Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır. Burada bir məqamı qeyd etmək vacibdir ki, Fransadan fərqli olaraq, Almaniya Azərbaycan və Ermənistana münasibətdə, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesində ədalətli və qərəzsiz mövqe sərgiləyir. Yəni, Fransadan fərqli olaraq, Almaniya Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olunmasının tərəfdarıdır.

Yeri gəlmişkən qeyd edək ki,  Prezident İlham Əliyev aprelin 23-də ADA universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirmişdir ki, son bir ay ərzində Azərbaycan ilə Almaniya arasında təmasların sayı artmışdır: “Mən ötən ilin martında Almaniyaya dəvət edilmişdim və bu səfər baş tutdu. Prezident və Kanslerlə görüşlərim oldu. Kanslerlə biz, həmçinin fevral ayında Münxendə görüşdük. Bu dəfə isə mən COP29-a ev sahibliyi edən ölkənin Prezidenti qismində Petersberq Konfransına dəvət olunmuşam. Bu, Almaniyada təşkil edilən ənənəvi konfransdır və adətən COP-a ev sahibliyi edən prezident oraya dəvət olunur. Bununla bərabər, orada Almaniyanın rəhbərliyi ilə görüşlər olacaq və hesab edirəm ki, hazırda bizim əməkdaşlığımız yaxşı məcrada inkişaf edir”.

Qeyd edək ki, Almaniyanın Kansleri Qlaf Şults bildirmişdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində çox böyük rol oynayır və vacib tərəfdaşdır: “Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb”. Beləliklə, həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin olan Azərbaycan Avropa üçün uzun illər bundan sonra əhəmiyyətli tərəfdaş kimi olacaq. O, həmçinin vurğulamışdır ki, yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri Azərbaycanda əməkdaşlıq etməyə maraqlıdırlar. Azərbaycan Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışır və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq. Təkcə bu il 1300 meqavat həcmində külək və günəş enerjisi layihələri həyata keçiriləcək. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir. Elə bu səbəbdən Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. 2027-ci ilə qədər Azərbaycan Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindədir. Bütün bunlar həm də  təbii qaz təchizatçısı olan Azərbaycanın Avropa üçün yaşıl enerji təchizatçısı da olacağı deməkdir.

Qvami Məhəbbətoğlu, “İki sahil