Özbəkistanda COVID-19 koronavirusuna yoluxma sayında növbəti antirekord qeydə alınıb. Belə ki, son sutkada virusa yoluxanların sayı 703 nəfər artıb və 22 min 872-yə çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada ölkədə virusdan 5 xəstə dünyasını dəyişib və ölənlərin sayı 122 olub.
Qeyd olunur ki, xəstəxanalarda 9 min 803 nəfər var. Onların 365-nin vəziyyəti ağır, 172-nin isə çox ağırdır.
Məlumatda bildirilir ki, Özbəkistan Nazirlər Kabinetinin yanında Dövlət Sanitar Epidemioloji Nəzarət İnspeksiyasının rəisi Nurmat Atabekov da koronavirusa yoluxub.
Mətbuat yazır ki, ötən gecə Frankfurt və Şanxaydan Özbəkistana növbəti humanitar yardın gətirilib.
SEPAH: Hörmüz boğazında neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verib
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdıran yeni qaydalar təklif edəcək
Tramp: Uğursuzluğa uğrayan İran tez və çarəsiz şəkildə razılaşma bağlamaq istəyir