Ermənistanın paytaxtı İrəvanda fermerlər etiraz aksiyası keçirir.
Onlar paytaxtdakı Kasyan küçəsində yerləşən yarmarkanın bağlanmasına etiraz edirlər.
Ermənistan hökumətinin binası yaxınlığına yığışan kəndlilər və ticarətçilər bunun yolverilməz olduğunu deyiblər.
Bir neçə gün əvvəl şəhər rəhbərliyi meyvə-tərəvəz yarmarkasını bağlamaq qərarına gəlib. Yarmarka şənbə-bazar günləri açılır və orada satıcılar yox, yalnız fermerlər özləri satışla məşğul olur.
"Hamımız burdayıq, kəndlərdən gəlmişik. Kim inanmırsa, qoy bizim kimi yaşamağa çalışsın. Sanitariya qaydalarına əməl edilib”, - aksiyaya gələnlər deyib. //Azvision.az
Rusiya FSB Ukraynanın Moskvada təxribat və terror hücumlarının qarşısını aldığını açıqlayıb
Sevastopolda yaşayış binasında partlayış nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb
Sioni Katedralında ziyarətçi axını səngimir – dəfn mərasimləri 40 gün davam edəcək