02 avqust 2020 18:55
1261

Özbəkistanda koronavirusa yoluxanların sayı 25 mini ötüb

Özbəkistanda COVID-19-a yoluxanların sayı 736 nəfər artaraq 25 min 40 nəfərə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada ölkədə bu virusdan 5 nəfər ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 147 nəfərə çatıb.

Qeyd edilir ki, xəstəxanalarda 9 min 592 xəstə müalicə alır. Onlardan 592-sinin vəziyyətinin ağır, 185-nin vəziyyətinin isə çox ağır olduğu bildirilir.

Özbəkistan mətbuatının yaydığı məlumata görə, ötən gecə Türkiyə Özbəkistana humanitar yardım göndərib.