ABŞ-ın “Microsoft” şirkəti “TikTok” video paylaşım xidmətinin ABŞ üzrə əməliyyatlarını satın almaq üçün müraciət edib.
“Microsoft” şirkətinin rəhbəri Satya Nadella bununla əlaqədar ABŞ Prezidenti Donald Trampla danışıb.
“Microsoft” “TikTok”un sahibi olan Çinin “ByteDance” şirkətinə təklif göndərdiyini açıqlayıb. Danışıqlar yaxın həftələrdə başlamalı və sentyabrın 15-dən gec olmayaraq başa çatmalıdır.
Qeyd edək ki, D.Tramp “TikTok”un amerikalı istifadəçilərinin şəxsi məlumatlarından istifadə etməklə ölkənin milli təhlükəsizliyinə təhdid olduğunu və bu xidmətin fəaliyyətinin ABŞ-da dayandırmaq niyyətində olduğunu açıqlayıb. “Microsoft” xidmətin ABŞ üzrə əməliyyatlarını satın alacağı təqdirdə istifadəçi məlumatlarının digər ölkələrə ötürülməyəcəyini bildirib. //Trend
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır