Bal festivalının keçirilməsində məqsəd Kəlbəcər balının ümumilikdə ölkəmizdə hazırlanan balların tanıdılmasıdır.
“İki sahil” xəbər verir ki, bu fikri kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. O qeyd edib ki, Kəlbəcər ölkəmizdə ən çox arı ailəsi olan rayondur. Keçən ilə nisbətən builki festivalda arıçıların və stendlərin sayı artırılıb. “Kəlbəcərdə keçirilən II Bal festivalında bu il 40-a yaxın stend var. Həmçinin builki festivalda ziyarətçi sayının ötən ilə nisbətdə 2-3 dəfə artacağı da gözlənilir”, - deyə kənd təsərrüfatı naziri deyib.
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır