04 avqust 2020 23:56
1053

Dünyada koronavirusla bağlı son statistika

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 219 862 nəfər artaraq 18 142 718-ə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 4 278 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 691 013-ə çatıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.