Gürcüstanda yeni dərs ili sentyabrın 15-də başlayacaq.
APA-nın “1tv.ge” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Təhsil naziri Mixail Çxenkeli bildirib.
Onun sözlərinə görə, mövcud epidemioloji vəziyyət yeni dərs ilinin sentyabrın 15-də başlamasına imkan verir.
“Auditoriyalarda, məktəb siniflərində dərslər sentyabrın 15-də başlayacaq, lakin biz bütün ssenarilərə hazırıq”, - deyə nazir vurğulayıb.