Türkiyənin "Qalatasaray" futbol klubu sabiq yarımmüdafiəçisi Arda Turanı transfer edib.
33 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan A.Turan 2004-2011-ci illərdə İstanbul təmsilçisində oynayıb. Yarımmüdafiəçi 2018-2019-cu il mövsümü və 2019-2020-ci il mövsümünün ilk yarısını icarə əsasında "Başakşəhər"də keçirib. Onun "Barselona" ilə müqaviləsi isə bu yay başa çatıb.