Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
Milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan hazırlıq prosesinə cüdoçularımızla yanaşı, Niderland, Finlandiya və Qazaxıstan yığmalarının üzvləri də qatılıblar.
Toplanış çərçivəsində cüdoçuların fiziki və texniki-taktiki hazırlığının təkmilləşdirilməsinə yönəlmiş məşqlər keçirilir, eyni zamanda müxtəlif ölkələrin idmançılarının iştirakı ilə randori sessiyaları təşkil olunur.
Beynəlxalq təlim-məşq toplanışı milli komandamızın qarşıdakı mühüm yarışlara — Macarıstan Böyük Dəbilqəsinə və Bakının ev sahibliyi edəcəyi cüdo üzrə dünya çempionatına hazırlıq proqramının bir hissəsidir.
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
Monteneqroda keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 5 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 9-cu TURA START VERİLİB