12 avqust 2020 00:56
1054

Ceyhun Bayramov Türkiyədə şəhid diplomatları yad edib

Bu gün Türkiyədə səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə XİN-in binasında terror qurbanı olan şəhid diplomatların xatirə lövhəsilə tanış olub.  

APA-nın yerli bürosunun xəbərinə görə, nazir bu barədə tvitter səhifəsində yazıb.

C.Bayramovu Türkiyə Xarici İşlər Naziri Mövlud Cavuşoğlu müşayiət edib. 

Nazir yazıb ki, xatirə lövhəsində adları əks olunan diplomatların arasında erməni terrorunun qurbanları da var. 

Terroru qətiyyətlə pislədiyini qeyd edən C.Bayramov şəhid diplomatlara rəhmət diləyib.