19 avqust 2020 10:43
902

Baş Nazirdən təhsillə bağlı yeni qərar

Azərbaycan Respublikası Nazirlər Kabineti 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi barədə Təhsil Nazirliyinin təklifinə əsasən qərar qəbul edib.

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, bu Qərarla “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın “ Humanitar və sosial ixtisaslar qrupu” hissəsinə “Hüquq mühafizə fəaliyyəti” əlavə edilib.

C.Valehov qeyd edib ki, həmin ixtisas üzrə qəbul növbəti il aparılacaq.