Baş Nazir Əli Əsədov "Astara şəhər Uşaq Musiqi Məktəbinə Oqtay Kazıminin adının verilməsi barədə" sərəncam imzalayıb.
"Report"un xəbərinə görə, sənədlə Astara şəhər Uşaq Musiqi Məktəbinə Azərbaycan musiqi sənətinin inkişafında əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, tanınmış bəstəkar Oqtay Məmməd oğlu Kazıminin adı verilir.
Mədəniyyət Nazirliyi və Astara Rayon İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Romada “Nizami və Dante arasında kəsişmə nöqtələrinin araşdırılması: Orta əsrlərdən əvvəl və sonra” kitabının təqdimatı keçirilib
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib