İsrailin Yavnə şəhərinin yaxınlığında arxeoloqların apardıqları qazıntılar zamanı erkən İslam dövrünə aid olan qızıl sikkələr tapılıb.
İsrailli arxeoloqlar Liat Nadav-Zit və Elie Həddad jurnalistlərə açıqlama verərək tapılmış 425 ədəd qızıl sikkənin min il əvvələ - Abbasilər dövrünə aid olduğunu bildiriblər. Numizmatika üzrə ekspert Robert Kol əlavə edib ki, bu sikkələrin IX əsrdə - Abbasilər sülaləsinin Yaxın Şərq və Şimali Afrikanın böyük bir ərazisini nəzarəti altına aldığı illərdə zərb edildiyi ehtimal olunur.
Arxeoloqlar vurğulayıblar ki, yeni tapıntı İsrail ərazisində aşkar edilən ən böyük qədim xəzinələrindən biridir. Ən çox qızıl sikkə isə 2015-ci ildə İsrailin Aralıq dənizi sahilində yerləşən Qeysəriyyə liman şəhərində tapılıb. Belə ki, 2 min qızıl sikkədən ibarət olan bu xəzinə X əsrdə - Fatimilər dövründə zərb edilib. //AZƏRTAC
Romada “Nizami və Dante arasında kəsişmə nöqtələrinin araşdırılması: Orta əsrlərdən əvvəl və sonra” kitabının təqdimatı keçirilib
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib