Aloe vera
Min illərdir istifadə olunan və 90-cı illərdən sonra daha populyarlaşan bu bitki sözün əsl mənasında şəfa mənbəyidir. Əsasən dəri sağlamlığının dərmanı olmasına baxmayaraq, aloe veranın bir çox başqa faydaları da var.
Dərinin ən böyük dostudur
Kosmetika sənayesində geniş istifadə olunan aloe vera dərinin ən yaxşı dostlarından biridir. Əlavə olaraq dərinin deformasiya olunmuş bölgəsində qan dövranını sürətləndirdiyindən izləri və sızanaq izlərini çox qısa zamanda bərpa edir. Zəngin C vitamini mənbəyi olan aloe vera qocalma əleyhinə xüsusiyyətləri ilə seçilir.
Antioksidan xüsusiyyətləri var
Çox güclü antioksidan xüsusiyyətlərə malik olduğundan, infeksiya və xərçəngə səbəb ola biləcək zərərli hüceyrələrin çoxalmasının qarşısını alır. Buna görə ciddi sağlamlıq problemlərindən qorunmanı təmin edir.
Yanıqların müalicəsində
1959-cu ildə ABŞ Səhiyyə Nazirliyi tərəfindən dəri yanıqları üçün reseptsiz bir vasitə olaraq təsdiqlənən aloe vera birinci və ikinci dərəcəli yanıqları yaxşılaşdırır.
Ağız problemləri üçün yaxşıdır
Ağız yuyulmasında istifadə edilən Aloe Vera suyu, lövhə çıxaran bakteriyaları öldürərək dişin çürüməsinin qarşısını alır. Aloe veranı əzib ağzınıza sürtsəniz, diş əti iltihabı kimi problemlərin tez bir zamanda aradan qalxacağını görərsiniz.
Qəbizliyi aradan qaldırır
Aloe vera şirəsi bağırsağın fəaliyyətini artırmaq üçün işlədiyindən, qəbzliyi qısa müddətdə aradan qaldırır.
Qanda şəkərin miqdarını azaldır
Aloe vera müasir dünyada ən ciddi sağlamlıq problemlərindən biri olan şəkər xəstəliyinin müalicəsi üçün faydalıdır. Bədəndəki insulinin təsirini artırdığı üçün qanda yığılmış artıq şəkərin bədəndən çıxarılmasına imkan yaradır.
Əvəzsiz bir sakitləşdiricidir
Tətbiq sahəsini sərinləşdirən və təravətləndirən bu bitki stresi azaldaraq rahatlamağınıza kömək edir.Rahatlıqla diş ətinə, dəriyə və ya baş dərisinə tətbiq edə bilərsiniz.
Saçlarınıza faydalıdır
Dəri kimi, saçları da zərərli günəş işığından və digər aqressiv amillərdən qoruyan aloe vera, eyni zamanda, kəpək problemi ilə mübarizə aparır. Etməli olduğunuz yeganə şey saçlarınıza müəyyən aralıqlarla az şəkildə tətbiq etməkdir.
Arıqlamağa kömək edir
Aloe vera, eyni zamanda, bədəni zərərli tullantılardan təmizlədiyi üçün arıqlamağa da birbaşa kömək edir. Mütəxəssislər qısa müddətdə təsirli nəticə əldə etmək üçün aloe vera ilə limon suyuna əlavə olaraq portağal, çiyələk və smuzilər kimi içkilər tövsiyə edirlər.
Selüliti azaldır
Dəri üçün çox faydası olan bu bitki yay aylarının vacib problemlərindən biri sayılan selülit üçün də çox faydalıdır. Ancaq bununla yanaşı, idman və sağlam qidalanma dəstəyi də alsanız, müsbət təsirləri daha qısa müddətdə hiss edə bilərsiniz.
Samirə İsmayılova, “İki sahil”