“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların növbəti günündə “Fərdi sürücülük” mərhələsində iştirak ediblər.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiya tankçıları ilə yarışlarda fərdi ustalıqlarını nümayiş etdiriblər.
Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 hədəfi məhv edib və marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə keçərək yarımfinal mərhələsinə yüksəliblər.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO