02 sentyabr 2020 15:51
2498

Rəhim Həsənov təyinat alıb

Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan təyinat alıb.
“İki sahil” AFFA-nın saytına istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda, sentyabrın 3-də Almatı şəhərindəki Mərkəzi stadionunda keçiriləcək Qazaxıstan – Monteneqro oyununun baş hakimi Rəhim Həsənov olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən oyun sabah keçiriləcək.