30 sentyabr 2025 19:36
112

Arpaçay İdman Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib

Sentyabrın 30-da Arpaçay İdman Birliyinin İdarə Heyətinin növbəti iclası baş tutub.

“İki sahil” xəbər verir ki, iclası Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov açıq elan edərək bütün qonaqları salamlayıb.

Daha sonra çıxış edən Arpaçay İdman Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynov Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərovun rəhbərliyi altında birliyin 2025-ci ildə gördüyü işlərdən danışıb, gələcək planları açıqlayıb.

Tədbirdə Arpaçay İdman Birliyinin tərkibində fəaliyyət göstərən Zeyd Döyüş Mərkəzinin yeni prezidenti Emin Əliyev, 1-ci vitse-prezident Tural İsayev, 2-ci vitse- prezident İbrahim Məmmədov və müşavir Rövşən Qənbərov təyin edilib. Emin Əliyev göstərilən etimada görə təşəkkürünü bildirib görüləcək işlərdən danışıb. Bildirilib ki, bu ilin dekabr ayında Zeyd Döyüş Mərkəzinin MMA idman növü üzrə turniri keçiriləcək.

Daha sonra məlumat verilib ki,  Sumqayıt Budokan karate klubu və Ağdaş karate klubu Arpaçay İdman Birliyinin tərkibinə daxil olmaq  haqqında müraciət edib. Hər iki klubun birliyə daxil olması haqqında müsbət rəylər verilib. Tədbirdə iştirak edən Rəfael Məmmədov, Xəzər İsayev, Allahverdi Rüstəmov, Tofiq Musayev və digərləri Arpaçay İdman Birliyinin gördüyü işlərdən danışaraq, gələcək fəaliyyətində uğurlar arzulayıblar.