Qəza 20 illik düşmənçiliyə son qoydu
Türkiyənin iki məşhur müğənnisi Alişan və Mahsun Kırmızıgül barışıb.
"İki sahil" "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar bir neçə gün bundan əvvəl 20 ildir davam edən düşmənçiliyə son qoyublar.
Küsülülük Alişanın qəza keçirməsindən sonra bitib. Belə ki, Kırmızıgül həmkarının evinə gedərək onu ziyarət edib, "belə gündə küsülülük olmaz" deyərək sənətçi ilə barışıb.
Qeyd edək ki, illər əvvəl "Prestij" adlı musiqi şirkəti Türkiyə şou-biznesinə Mahsun Kırmızıgül, Özcan Deniz və Alişanı tanıtdırıb.
O dövrdə tez-tez konsertlər verən üçlük şirkətin iflasından sonra yollarını ayırmış, Mahsunla Alişan dava etmiş, proqramlarda bir-biriləri barədə sərt ittihamlar səsləndirmişdi.
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək