Qısqaclarında tutduğu siqareti tüstülədə-tüstülədə çimərlikdə gəzən xərçəng barədə görüntülər böyük maraq yaradıb.
"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, video Hindistan Meşə Xidmətinin zabiti Susanta Nanda tərəfindən çəkilib.
“Xərçəng siqaret çəkir, bu xərçəng xəstəliyi ilə nəticələnə bilər. Bu dəhşətli yuxu kimidir”, - deyə Nanda videoya şərh yazıb.
Sosial şəbəkə istifadəçiləri videonu birmənalı qarşılamayıb. Bəziləri görüntülərin məzəli olduğunu düşünsə də, bir çoxları ətrafı zibilləməyin acı fəsadlarından söz açıb.