26 sentyabr 2020 14:37
580

Gürcüstanda yoluxmada yeni antirekord qeydə alınıb

Gürcüstanda koronavirusa yoluxma ilə əlaqədar yeni antirekord qeydə alınıb. Son sutka ərzində ölkədə daha 296 nəfər koronavirusa yoluxub.

“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat verilib.

Bildirilir ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 4960-a çatıb. Son 24 saat ərzində 60 nəfər müalicə olunaraq xəstəxanadan evə buraxılıb. Gürcüstanda pandemiya qurbanlarının sayı 27 nəfərdir. Hazırda ölkədə 5584 nəfər karantində, 830 nəfər stasionarda həkim nəzarətindədir.

Koronavirus xəstələrinin 19-nun vəziyyəti ağır qiymətləndirilir. Koronavirusa yoluxma yenə də ən çox Acarıstan bölgəsində qeydə alınıb – 166 nəfər. İkinci yerdə 55 nəfərlə İmereti bölgəsi, üçüncü yerdə isə 41 nəfərlə paytaxt Tbilisi şəhəridir.