Azərbaycan Ordusu güclüdür. Bu güc ata-babalardan qalan bir mirasdır. Ordumuzun ruhu mənsub olduğu xalqın ruhudur. Xalqımızın ruhu isə ən ağır və ümüdsiz günlərdə belə nikbin olub. İndiki dövrdə ordumuzun qələbələri məhz bu nikbinliklə bağlıdır.
Azərbaycan xalqı nə qədər dözümlü olsa da, nəticədə haqqının tapdalanmasına imkan verməz. Bunu ordumuzun timsalında da bariz şəkildə görmək olar. Milli Ordumuzun ədaləti, insafı, humanizmi öz xalqına xas olan xüsusiyyətləridir. Belə bir ordunun qalibiyyəti dünya üçün ibrətverici tarixi hadisə olacaqdır. Çünki müharibələrin yazılmış və yazılmamış qanunlarına, həm də insanlıq normalarına əməl etməklə məkrli, faşist əqidəli və amansız düşmənə qalib gəlmək böyük şücaətdir.
Şübhəsiz ki, gələcəkdə Milli Ordumuzun əsgərləri haqqında çox deyiləcək, çox yazılacaqdır. Onda hamıya aydın olacaqdır ki, Azərbaycan əsgəri hansı səbrə, hansı təmkinə, hansı ədalətə malik olmuş, eyni zamanda mənfur düşmənə qalib gəlmək üçün hansı zəfər yollarından keçmişdir.
Bu gün Ordumuz tərəfindən Azərbaycan hərb tarixinin qızıl səhifələri yazılır. Gələcək nəsillər həmin səhifələri vərəqləyərkən böyük qürur hissi keçirəcək, Vətən uğrunda tökülən qanların hədər getmədiyinin şahidi olacaqlar.
Şanlı, şücaətlı və qüdrətli Ordumuza yeni qələbələr arzulayırıq.
Fərman Xəlilov
AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru