13 oktyabr 2020 18:24
2216

Arıqlamağa faydalı olacaq detoks suları

Evdən çıxmazdan əvvəl praktik olaraq hazırlaya biləcəyiniz həm dadlı, həm də faydalı bu altı detoks suyu sayəsində artıq çəkinizdən qurtula və gününüzü daha enerjili bir şəkildə keçirə bilərsiniz.

Limon və qreypfrut detoksu

1 xiyar

Bir neçə nanə yarpağı

1 yaşıl limon

1 limon

1 qreypfrut

Bu detoks suyu əla C vitamini mənbəyi olmaqla yanaşı, xiyar tərkibi sayəsində sidikqovucu xüsusiyyətlərə də malikdir. Yağ yandırmağa kömək edəcək bu suyu hazırlamaq üçün qeyd etdiyimiz məhsulları 2 litr suya dilimləmək və soyuducuda bir neçə saat saxlamaq lazımdır.

Qarışıq meyvə detoksu

1 armud

1 qreypfrut

Təzə nanə yarpaqları azdır

1 ovuc moruq

1 yaşıl limon

Bir ovuc çiyələk

Bütün meyvələri 2 litr suya əlavə edib soyuducuda saxlayaraq dadlı və faydalı bir içki hazırlaya bilərsiniz. Bu qarışıq bədəninizdən toksinləri tez bir zamanda çıxaracaq və yağ yandırmağınıza kömək edəcəkdir.

Düz bir mədə üçün ideal qarışıq

1 stəkan dəmlənmiş yaşıl çay

1 xiyar

1 yaşıl limon

1 alma

7-8 yarpaq nanə

1 çay qaşığı sürtgəcdən keçirilmiş zəncəfil

1 çubuq darçın

Bütün məhsulları 2 litr suya əlavə edin və gecə ərzində soyuması üçün soyuducuda saxlayın. Gün ərzində istədiyiniz zaman içə biləcəyiniz bu detoks suyu qarın bölgənizdəki yağları yandıraraq nəzərəçarpacaq dərəcədə fərqlilik yaradacaqdır.

Həzm sisteminizi gücləndirəcək detoks suyu

Doğranmış kokos

1 Yaşıl limon

8-9 nanə yarpağı

Həzm sisteminizi ləzzətli bir içki yudumlamaqla işlətmək istəyirsinizsə, bu qarışıq sizin üçündür. Saydığımız məhsulları 2 litr suya əlavə edin və soyuducuda saxlayın. Soyuq içəcəyiniz bu detoks suyu həm həzm sisteminizi işləyəcək, həm də bədəninizin su ehtiyacını qarşılayacaq.

Çiyələk və kivinin antioksidan gücü

200 q çiyələk

1 limon

3 kivi

Bunları 2 litr suya əlavə edin. 3-4 saat soyuducuda saxlayın. Ləzzətindən doymayacağınız A və E vitaminləri ilə zəngin olan bu detoks suyu içərək toksinlərdən təmizlənəcəksiniz.

Yay detoksu

İki dilim doğranmış və qabıqları təmizlənmiş qarpız

1 Qabıqlı şəkildə dilimlənmiş xiyar

1  dilimlənmiş limon

6-7 yarpaq təzə nanə

Onları bir qaba qoyun və 2 litr su və bol buz əlavə edin. İsti yay günlərində bu təravətləndirici detoks suyundan istifadə edə bilərsiniz, bu, həmçinin bədəninizdəki şişkinlikləri azaltmağa kömək edəcəkdir.

Samirə İsmayilova, “İki sahil”