“France 24” kanalı Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulması ilə bağlı reportaj yayımlayıb
Fransanın “France 24” televiziya kanalı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə bağlı reportaj yayımlayıb.
"İki sahil" AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda Ermənistanın raket hücumu nəticəsində dağılmış binaların, yaxınlarını itirmiş insanların görüntüləri təqdim olunur.
Kanalın Gəncədən hazırladığı reportajda jurnalist dağıntılar altından sağ çıxan insanlarla söhbət etdiyini, raketin gecə saatlarında yaşayış binalarının üzərinə düşdüyünü diqqətə çatdırır. “Dağıntıların altından cansız bədənlər bir-bir çıxarılarkən biz bu atəşin insan həyatına necə qıydığını aydın görürük”, – deyə reportajda qeyd edilir. Diqqətə çatdırılır ki, Azərbaycan tərəfi raketin Ermənistanın Vardenis əyalətindən atıldığını bildirir.
Reportajda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələlər şöbəsinin müdiri Hikmət Hacıyevin fikirlərinə də yer verilir: “Biz Ermənistan tərəfinin bilərəkdən danışıqlar prosesini, həmçinin atəşkəs rejimini pozduğunu görürük. Biz burada ciddi dağıntılar görürük. Onlar Ermənistan ərazisindən raket sistemindən istifadə ediblər. Bu dağıntılardan sonra biz nədən danışa bilərik?”.
Jurnalist dağıntılar zamanı uşaqları xəsarət alan bir ailəni ziyarət etdiklərini qeyd edir. Bildirir ki, buradakı insanlar beynəlxalq ictimaiyyətdən sərt mövqe gözləyirlər.
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin Almaniyaya səfəri ikitərəfli əlaqələrdə yeni perspektivlər açacaq