Amerikalı aktyor Ceff Brices xərçəng xəstəliyinə tutulub.
"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, “Twitter” hesabında məlumat verib.
“Mənə lenfoma diaqnozu qoyuldu”, - deyə 70 yaşlı aktyor qeyd edib.
O bildirib ki, vəziyyətinin ağır olmasına baxmayaraq, əla həkimlərin köməyilə vəziyyəti yaxşılaşacaq; onların proqnozları müsbətdir. Aktyor bu gündən müalicəyə başlayacaq.
Qeyd edək ki, Ceff Brices 200-dən çox filmdə çəkilib. O, daha çox 2010-cu ildə ən yaxşı kişi roluna görə “Oskar” və “Qızıl Qlobus” mükafatlarına layiq görülən “Crazy Heart” (Dəli ürək, 2009) filmi ilə tanınır.
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək